Səhifələr

пятница, 14 ноября 2014 г.

Sağlamlığımızı qoruyaq!

 Kompyuter arxasında düzgün oturmaq lazım olduğunu hamı bilir. Bunu necə etsək daha yaxşı olar? Gəlin klipi izləyək, aydınlaşdıraq!
 
 
Mənbə:  Biologia com o Prof. Jubilut    

понедельник, 10 ноября 2014 г.

Payız tətilini xoş və mənalı günlərlə keçirək!

Bu il Azərbaycanda şagirdlərin payız tətili günləri məlum olub. 
Təhsil Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, bu il 5 və 6 günlük məktəblərin şagirdlərinin tətil günləri eyni vaxtda olacaq. 
2014-2015-ci dərs ilində payız tətili günləri əvvəlki illərdə olduğu kimi 12-17 noyabr tarixlərindədir
Tətil günlərini xoş və mənalı keçirmək lazımdır
Teatr

    
"Ələddin" Tamaşası
Min bir gecə nağılı əsasında Nicat Kazımov tərəfindən səhnələşdirilmiş bu tamaşada balaca bir oğru olan Əllədinin məhşur cadukin tərəfindən başına gətirilən çətinliklərdən bəhs edir. Tamaşa Əllədinin bütün çətinliklərə ağlı zəkası ilə qalib gəlib şahzadə qızla həyat qurub xoşbəxt olmasından bəhs edir.
Uşaqlar üçün   Kukla Teatrı   15 noyabr - 12:00, 14:00, 16:00   
bilet: 2 AZN  
"Gözəl Vasilisa" tamaşası
Rus dram teatrın səhnəsində Yelena Çernyakın eyni adlı əsərin əsasında uşaqlar üçün "Gözəl Vasilisa" tamaşanın səhnə quruluşu baş tutacaqdır.
Uşaqlar üçün   Rus Dram Teatrı   15 noyabr - 12:00 , 20 dekabr - 12:00  
bilet: 4 AZN  



"Balaca və damda yaşayan Karlson" tamaşası
Gənc Tamaşaçılar Teatrının səhnəsində "Balaca və damda yaşayan Karlson" tamaşasının premyerası olacaq. Bütün gənc tamaşaçıları və onların valideynlərini qeyri-adi və əyləncəli tamaşaya dəvət edirik. Tamaşa İsveç yazıçısı Astrid Lindqrenin əsəri əsasında səhnələşdirilib.
Uşaqlar üçün   Gənc Tamaşaçılar Teatrı   15 noyabr - 12:00, 15:00  
bilet: 4 AZN  
"Çipollino"
Abdulla Şaiq adına Kukla teatrında "Çippolino" adlı uşaq tamaşası nümayiş etdiriləcək.Tamaşa  C. Radarinin eyni adlı əsəri əsasında səhnəyə qoyulur.
Uşaqlar üçün   Kukla Teatrı   16 noyabr - 18:00 , 22 noyabr - 18:00  
bilet: 2 AZN  
"Zoluşka" operası
Dövlət Akademik Opera və Balet Teatrında Leonid Vaynşteynin musiqisi əsasında uşaqlar üçün iki hissəli "Zoluşka" operası təqdim olunacaq. Tamaşa Şarl Perronun eyniadlı nağılı əsasında səhnələşdirilib. Bu opera Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə 80-ci illərdə nümayiş etdirilib.
Uşaqlar üçün   Opera və Balet Teatrı   16 noyabr - 14:00  
bilet: 5, 6 AZN  
"Danışan gəlincik" tamaşasının premyerası
Abdullar Şaiqin əsəri əsasında "Danışan gəlincik" tamaşasının premyerası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində olacaq.
Uşaqlar üçün   Gənc Tamaşaçılar Teatrı   17 noyabr - 12:00, 14:00  
"Cik-Cik xanım" tamaşası
Biri var idi, biri yox idi, bir sərçə var idi. Adı Cik-Cik xanım idi. Bir gün Cik-Cik xanım bir qaratikan kolundan o birinə qonub cik-cik eləyirdi. Birdən Cik-Cik xanımın ayağına tikan batdı. Nə qədər əlləşdi çıxara bilmədi...
Uşaqlar üçün   Kukla Teatrı   21 noyabr - 12:00, 14:00, 16:00  
bilet: 2 AZN  
"Nağılı tap-1" tamaşası
Novruz bayramı ərəfəsində Rus Dram Teatrın səhnəsində uşaqlar üçün V. Neverovun eyni adlı əsəri əsasında "Nağılı tap-1" tamaşası qoyulacaq. Tamaşada 20-yə yaxın tanınmış multfilm qəhramanların iştirakı gözlənilir. Ən əsası isə balacaların sevimlisi Şrekin çıxışı olacaqdır.
Uşaqlar üçün   Rus Dram Teatrı   22 noyabr - 12:00  
bilet: 4 AZN  
"Nu, volk, pogodi!" tamaşası
Musiqili komediya teatrın səhnəsində Aleksandr Kurlyandskiy və Arkadiy Haytın eyni adlı pyesi əsasında "Nu, volk, pogodi!" tamaşası səhnələşdiriləcəkdir. Tamaşada Volk (canavar) və Zayats (dovşan) qəhrəmanların bir biri ilə mübahisəsindən, canavarın dovşanı ovlamaqla bağlı macəralarında söz açılacaqdır.
bilet: 6 AZN  
"Dörd əkizin nağılı" tamaşası
Gənc Tamaşaçılar Teatrı yazıçı Panço Pançevin "Dörd əkizin nağılı" əsəri əsasında səhnələşdirilən tamaşanın premyerasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı İradə Muradova, rəqslər və plastika Vüsal Mehrəliyevindir. Rollarda: Naibə Allahverdiyeva, Nübar Novruzova, Kərəm Hadızadə, Günel Məmmədova, Elnur Hüseynov, Anar Səfiyev, Zümrüd Quliyeva və digərləri.
Uşaqlar üçün   Gənc Tamaşaçılar Teatrı   23 noyabr - 12:00  
0