Səhifələr

пятница, 29 декабря 2017 г.

2A sinfində viktorina kiçirildi

Dekabrin 29-u 2A sinfində " Nağıllar aləmində" adlı viktorina keçirildi. Viktorina Reyhan Yusifqızının "Tələtin sirri" adlı əsəri üzrə təşkil olunmuş sual və tapşırıqlardan ibarət idi.
Birinci mərhələdə şagirdlər oxuyub- anlama üzrə suallara cavab verdilər. Sonra ifadəli oxu üzrə müsabiqə təşkil olundu. Növbəti mərhələ "Ən yaxşı  illüstrasiya" oldu. 2 A sinif şagirdləri hər nominasiya üzrə "Günəş" bloqunun diplomları ilə təltif olundular.








вторник, 26 декабря 2017 г.

Elan

29 dekabr 2A sinfində " Nağıllar aləmində" adlı ilk viktorina keçiriləcək. Viktorina Reyhan Yusifqızının "Tələtin sirri" adlı kitabı üzrə sual və tapşırıqlardan ibarət olacaq. Viktorina 3 nominasiya üzrə müəyyənləşdiriləcək.
I nominasiya: Oxuyub anlama
ll nominasiya: ifadəli oxu
lll nominasiya: şeirin əzbər söylənilməsi
lV nominasiya: illüstrasiya
Qaliblər "Günəş" bloqunun diplomları ilə təltif olunacaqlar.
Bütün şagirdlərə uğurlar arzulayıram.

               Təşkilatçı 2A sinif rəhbəri Dilşad Şeyxzadə

2A- nın uğurlu idmançisi Oqtay



Bu gun sinfimizin əlaçısı Ələsgərov Oqtay idmanda qazandığı uğurunun sevincini bizimlə paylaşdı.
Təbrik edirik, Oqtay, uğurların davamlı olsun!

суббота, 23 декабря 2017 г.

2A sinfi gəzintidə

Havanın soyuq olmasına baxmayaraq 2A gəzintiyə çıxdı. Şəhərdəki bayram ərəfəsinin canlanması, sevimli Şaxta baba, möhtəşəm Yeni il yolkası, şən musiqi sədaları uşaqların çox xoşuna gəldi. Gərgin iş həftəsindən sonra hamı gözəl istirahət etdi.









понедельник, 11 декабря 2017 г.

Bilik yarışmasının fəalları.Təbrik edirik!

10 dekabr 2017-ci il tarixində keçirilmiş sınaq imtahanında uğurla iştirak edən 2A sinif şagirdləri Günəş bloqunun Fəxri Fərmanı ilə təltif olundular. Təbrik edirəm, əziz uşaqlar! Bilik yarışmasında hər zaman uğur qazanın!

пятница, 1 декабря 2017 г.

Riyaziyyat dərsində "Al və ödə" mövzusu

Riyaziyyat dərsində "Al və ödə" mövzusunu keçdik.
Qrup işi zamanı əməkdaşlıq etməyi də öyrənirik.