Səhifələr
пятница, 16 ноября 2018 г.
понедельник, 12 ноября 2018 г.
четверг, 8 ноября 2018 г.
Dövlət Pantomima teatrında maraqlı tamaşa
Noyabrın 8-i Dövlət Pantomima Teatrinda olduq. Tamaşa " Fəlakət və insan" adlanırdı. İlk dəfə idi ki, teatra gedirdik. Çox həyəcanlı və yüksək əhvali- ruhiyyədə idik. Avtobusumuz bizi məktəbimizin həyətindən teatrın düz qarşısına gətirdi. Biletimizi alıb tamaşa zalına daxil olduq. Elə bu andan da sehrli aləmə qədəm qoyduq.
Tamaşa başlandı. İştirak edən aktyorlar musiqi sədaları altında bizi salamladılar. Aktyorların oyunu bizi elə valeh etmişdi ki, vaxtın keçdiyini heç hiss etmədik. Tamaşa boyu onlarla sanki bir yerdə danışıb gülürdük. Bu maraqlı və əyləncəli tamaşa həm də bizə bilik qazandırdı. Elə dərsimiz də bu mövzuda idi: "Qəzalardan necə qorunmalı?" Tamaşanın sonunda artıq bildik ki, zəlzələ zamanı harada gizlənmək olar, yanğın zamanı nələri etmək olmaz, daşqın zamanı necə qorunmaq lazimdır. Bunu Həyat bilgisi dərsliyində də oxumuşduq, amma bu tamaşadan sonra daha yaxşi öyrəndik.
Təşəkkür edirik, sevimli aktyorlar, quruluşçu rejissor , ssenari müəllifi və tamaşanın təşkilatçıları! Bizə çox maraqlı idi!
Sonda isə xatirə şəkilləri çəkdik və müəllimə söz verdik ki, ekskursiya və tamaşa haqqında təəssüratlarımızı esse şeklində təqdim edəcəyik.

Sabah 9 Noyabr Dövlət Bayrağı Günüdür.
Bu gün 3A sinfimizdə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirdik. Tədbirdə üçrəngli bayrağımıza həsr olunmuş şeirlər söylədik.İlk olaraq bayrağın rənglərini , simvollarını, möhtəşəmliyini ifadə edən şeir- kompozisiya təqdim olundu. Sonra isə uşaqlar dövlət bayrağına həsr olunmuş bir- birindən gözəl şeirlər söylədilər. Bu şeirlərdə bayrağımıza olan sevgi və onunla qürur duymağımız tərənnüm edilirdi.
Tədbirin sonunda üçrəngli bayrağımızın ən gözəl təsviri üzrə" Ucalan bayrağım" adlı rəsm müsabiqəsi və sinif sərgisi oldu. Müsabiqədə 3A sinif şagirdi Hüseyn Xədicə qalib gəldi.Müsabiqədə iştirak etmiş bütün uşaqların sərgisi təşkil olundu.

понедельник, 5 ноября 2018 г.
Подписаться на:
Сообщения (Atom)