Səhifələr

пятница, 16 ноября 2018 г.

Ümumiləşdirici dərs

Azərbaycan dili dərsində "Ümumiləşdirici dərs" maraqlı oldu. Sinfimiz kiçik qruplara bölündü. Hər qrup keçdiyimiz mövzulardan biri üzərində işlədi. Hekayə xəritəsi qurmaq, Blum çiçəyi üzrə suallar və Sinkveyn tərtib etmək tapşırıqlarının öhdəsindən gəldik.








Tənəffüsdəki yaradıcılığımız

четверг, 8 ноября 2018 г.

Dövlət Pantomima teatrında maraqlı tamaşa

Noyabrın 8-i Dövlət Pantomima Teatrinda olduq. Tamaşa " Fəlakət və insan" adlanırdı. İlk dəfə idi ki, teatra gedirdik. Çox həyəcanlı və yüksək əhvali- ruhiyyədə idik. Avtobusumuz bizi məktəbimizin həyətindən teatrın düz qarşısına gətirdi. Biletimizi alıb tamaşa zalına daxil olduq. Elə bu andan da sehrli aləmə qədəm qoyduq.
      Tamaşa başlandı. İştirak edən aktyorlar musiqi sədaları altında bizi salamladılar. Aktyorların oyunu bizi elə valeh etmişdi ki, vaxtın keçdiyini heç hiss etmədik. Tamaşa boyu onlarla sanki bir yerdə danışıb gülürdük. Bu maraqlı və əyləncəli tamaşa həm də bizə bilik qazandırdı. Elə dərsimiz də bu mövzuda idi: "Qəzalardan necə qorunmalı?"  Tamaşanın sonunda artıq bildik ki, zəlzələ zamanı harada gizlənmək olar, yanğın zamanı nələri etmək olmaz, daşqın zamanı necə qorunmaq lazimdır. Bunu  Həyat bilgisi dərsliyində də oxumuşduq, amma bu tamaşadan sonra daha yaxşi öyrəndik.
Təşəkkür edirik, sevimli aktyorlar, quruluşçu rejissor , ssenari müəllifi və tamaşanın təşkilatçıları! Bizə çox maraqlı idi!
 Sonda isə xatirə şəkilləri çəkdik və müəllimə söz verdik ki, ekskursiya və tamaşa haqqında təəssüratlarımızı esse şeklində təqdim edəcəyik.






Sabah 9 Noyabr Dövlət Bayrağı Günüdür.

Bu gün 3A sinfimizdə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirdik. Tədbirdə üçrəngli bayrağımıza həsr olunmuş şeirlər söylədik.İlk olaraq bayrağın rənglərini ,  simvollarını, möhtəşəmliyini ifadə edən şeir- kompozisiya təqdim olundu. Sonra isə uşaqlar dövlət bayrağına həsr olunmuş bir- birindən gözəl şeirlər söylədilər. Bu şeirlərdə bayrağımıza olan sevgi və onunla qürur duymağımız tərənnüm edilirdi.
Tədbirin sonunda üçrəngli bayrağımızın ən gözəl təsviri üzrə" Ucalan bayrağım" adlı rəsm  müsabiqəsi və sinif sərgisi oldu. Müsabiqədə 3A sinif şagirdi Hüseyn Xədicə qalib gəldi.Müsabiqədə iştirak etmiş bütün uşaqların sərgisi təşkil olundu.







понедельник, 5 ноября 2018 г.

Qruplarla iş

Azərbaycan dili dərsində " Şar" mövzusunu keçirdik. Qruplara bölündük. Bir qrup digər qrupa suallar verdi. Eyni zamanda da verilən suallar cavablandırıldı. Bu, çox maraqlı " Karusel" üsulu idi.