Səhifələr

понедельник, 15 июня 2020 г.

Anime rəsmlər

102 nömrəli tam orta məktəbin 4 “a” sinif şagirdi Xədicə Hüseynin əl işləri haqqında məlumatlar dərc edildiyinə görə onun işləri ilə artıq tanışsınız. Bu dəfə isə Xadicənin anime rəsmlərini görürsünüz. Maraqlısı budur ki, Xədicə bu rəsmləri öz təxəyyülünə əsasən çəkir.
Gözəl rəsmlərə görə təşəkkürlər, Xədicə. Yaradıcılığında yeniliklər gözləyirik.



суббота, 6 июня 2020 г.

Gözəl kəpənəklər

Kəpənəkləri sevirsinizmi? Əlbəttə, belə zərif, gözəl canlılar hamının xoşuna gəlir. Kəpənəklər sanki qanad açmış çiçəklərə bənzəyir. Elə istəyirsən ki, onları tutub qanadlarındakı naxışlara yaxından baxasan. Amma olmaz. Çünki kəpənəklərin qanadlarına toxunduqda onu zədələmək olar. Bunun nəticəsində isə o gözəllik tələf olar. Axı, biz sizinlə bunu istəmirik. Ona görə də gəlin Xədicənin düzəltdiyi kəpənəklərə baxaq və özümüz də belə gözəl kəpənəklər hazırlamağı öyrənək. Bu kəpənəkləri düzəldib öz dostlarınıza da bağışlaya bilərsiniz. Videoya görə isə 102 nömrəli məktəbin 4 “a” sinif şagirdi Xədicə Hüseynə təşəkkür edirəm. Uğurlar, Xədicə!



пятница, 5 июня 2020 г.

Bacarıqlı əllər

102 nömrəli məktəbin 4-cü “a” sinif şagirdi Xədicə Hüseyn öz gözəl əl işləri ilə həmişə diqqəti cəlb edir. Onun çəkdiyi rəsmlər adətən sinfimizin və məktəbimizin qalereyasını bəzəyir. Texnologiya dərslərində də Xədicə digər sinif yoldaşlarından öz fərqli düşüncəsi, nəzər nöqtəsi ilə fərqlənir. Bu dəfə Xədicə yeni fərqli əl işini nümayiş etdi. Bu, kvillinq texnologiyasıdır. Kvillinq - nazik, ensiz rəngli kağız parçalarından spiralvari burma üsulu həcmli və ya yastı naxışların, fiqurların hazırlanması texnologiyasıdır. Xədicə bu texnologiya ilə təbrik açıqcasının hazırlanması yolunu nümayiş etdirir. Xədicədən xahiş etdim ki, belə master-klass videoları ilə tez- tez paylaşsın. Uğurlar, Xədicə!


 
Xədicənin mənim üçün hazırladığı açıqca. Təşəkkürlər!♥️


понедельник, 1 июня 2020 г.

1İyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür!

1İyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür.
1 iyun 1950-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən Uşaqların Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Bu qərar həmin tarixdə keçirilən” Qadınların Beynəlxalq Konfransında” irəli sürülüb. Konfransda uşaq hüquqlarının təmin edilməsi bağlı təkliflər səsləndirilmişdir. Bunun nəticəsidir ki, iyunun biri Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi  tarixə düşmüşdür.
Bununla yanaşı tarixdə 20 Noyabr Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Həmin gün BMT- nin Baş Assambleyası tərəfindən 1956-cı ildən qeyd olunması qərara alınmışdır.
Bu il 100 illiyi qeyd olunan 23 Nisan Cocuqlar Bayramı isə Mustafa Kamal Atatürk tərəfindən bütün uşaqlara hədiyyə edilmişdir.
   Bayramınız mübarək, əziz uşaqlar!