Səhifələr

суббота, 18 декабря 2021 г.

2A riyaziyyat dərsində



“ Həndəsi fiqurlar” bölməsinin “Çoxbucaqlılar “mövzusunu öyrənən 2A sinif şagirdləri Tanqram oyununu çox bəyənmişlər. Bu oyun rəvayətə görə 2500 il əvvəl Çində yaranmışdır. Uşaqlar tanqramın fiqurlarından müxtəlif heyvan fiqurları düzəltdilər. Hərə öz fiqurunu nümayış etdirdi. 






вторник, 14 декабря 2021 г.

четверг, 2 декабря 2021 г.

“Günəş və Külək”




 “Günəş və Külək” mətnini rollar üzrə oxuduq. Maraqlı


четверг, 4 ноября 2021 г.

Xeyirxah uşaqlar

 Bu gün 102 nömrəli məktəbin 2A sinif şagirdləri xeyirxah bir iş gördülər. Məktəblinin dostlarının təşəbbüsü ilə uşaq evinə kömək məqsədilə öz oyuncaqlarını sinfə gətirdilər. Bu oyuncaqlar uşaq evindəki körpələrə göndəriləcək.Bu gözəl təşəbbüsə görə məktəblinin dostlarına təşəkkür edirik.
























суббота, 26 июня 2021 г.

Yaşasın şanlı Azərbaycan ordusu!

 26 İyun - Silahlı Qüvvələr Günüdür. Bu mövzuda 1”a” sinif şagirdi İbadzadə Aylin maraqlı bir  təqdimat hazırladı. Afərin, Aylin! 



вторник, 1 июня 2021 г.

Həmişə üzünüz gülsün, əziz uşaqlar!
















 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü dərs vaxtına təsadüf etdiyi üçün 102 nömrəli məktəbin 1A və 2A sinif şagirdləri ilə bu bayramı kiçik tədbirlə qeyd etdik. Uşaqlar bu mövzuda rəsm çəkdilər, mahnı oxudular, şənləndilər. 


суббота, 29 мая 2021 г.

вторник, 25 мая 2021 г.

“Kosmos “ mövzusu birincilərə maraqlı oldu.


 102 nömrəli məktəbin 1A sinif şagirdləri “Kosmos” mövzusunu keçdilər. Göy cisimləri, kainat, raket, kosmonavt kimi yeni sözlər öyrəndilər. Teymur Elçinin “ Uçun Aya, ulduzlara” adlı şeirini əzbər zöylədilər.




четверг, 7 января 2021 г.

Dil qaydalarını öyrənirik.



Hüseynli Tərlan 102 nömrəli məktəbin 1A sinif şagirdidir. O, çox çalışqan və əməksevərdir. Tərlan sürətli, düzgün və ifadəli oxuyur, gözəl xətlə imla yazır, misal və məsələ həll edir. 




Tərlan hələ məktəbəhazırlıq dövründə çox fəal idi. 



Uğurların bol olsun, Tərlan!🌺

Tullantılardan quş evciyi düzəldirik

102 nömrəli məktəbin 1A sinif şagirdi Alızadə Miray kiçik təbiətsevərdir. O, quşları qorumaq üçün dənlik düzəldir. Dənliyi işlənmiş plastik qabdan hazırlayır. Bununla da Miray həm quşları sevindirir, həm də ekologiyanı qorumuş olur. Miray əsl təbiətsevər şagirddir.