четверг, 15 сентября 2016 г.

15 SENTYABR BİLİK GÜNÜDÜR!

 Bu gün ilk dərs günüdür. Yay ərzində doğma məktəb və əziz sinif yoldaşları üçün möhkəm darıxmış uşaqlar sevinirlər. Yay tətili nə qədər rəngarəng və maraqlı olsa da məktəbdə keçən günlərə çatmaz.
Bu gün birincilər üçün əsl bayramdır. Onlar həm də çox həyəcanlıdırlar. İlk zəng, ilk dərs günü.. Bunlar hər uşağın qəlbində dərin bir iz salır. Xoşbəxt uşaqlıq xatirələri ilə birgə.
Əziz məktəblilər, ilk dərs gününüz mübarək olsun! Hamınıza uğurlar!
 P.S.  Məktəbimiz də uşaqlar üçün darıxıb. Xüsusilə də bayram əhvali-ruhiyyəli sinfimiz səbirsizliklə əziz dostları gözləyir.


суббота, 19 марта 2016 г.

Bu müsabiqədə iştirak edib uğur qazanaq!

             “Altun Kitab”  nəşriyyatı 15 yaşa qədər uşaqların mütaliə vərdişini inkişaf etdirmək üşün Facebook sosial  media şəbəkəsində müsabiqə elan edib. Qeyd edək ki, Azərbaycanda ilk dəfədir ki, şagirdlər üçün bu miqyasda və belə geniş həvəsləndirici mükafat fondu olan (noutbuk, 5 planşet, 200 kitab) müsabiqə təşkil olunur.
               Layihəyə  valideynlərin, şagirdlərin, müəllimlərin kifayət qədər marağı var və iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı durmadan artır. Bir məqsəd də Facebook məkanını şagirdlər üçün intellektuallaşdırmaq,  sosial şəbəkədən öz intellekt səviyyəsini və yaxşı mənada sosial aktivliyini artırmaq məqsədi ilə istifadə edilməsinə nail olmaqdır.
İştirakçılar bu layihə çərçivəsində bir il ərzində 35-40 kitab oxuyacaq. Bu, Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələri və faydalı elmi-kütləvi kitablardır.,

             Müsabiqə 2016-cı ilin fevral ayının sonunda başlayıb və ilin sonunadək davam edəcək.