11 dekabr 2020-ci il tarixində 102 nömrəli məktəbin sinifdənxaric tədbiri keçirildi. Tədbir Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin Anım Gününə həsr olunmuşdu. Virtual məktəbdə keçirilən bu tədbirin təşkilatçısı tərbiyəvi işlər üzrə direktor müavini Şükürova Lyuba müəllimə idi. Tədbirdə müəllimlər və şagirdlər iştirak edirdi. Lyuba müəllimə tədbiri açıq elan etdikdən sözü müəllimlərə verdi. Sonra şagird təqdimatları dinlənildi. Şeir deyən, məruzə edən, rəsm təqdim edən və mahnı ifa edən şagirdlərin çıxışları maraqlı idi. Hər bir çıxışda qəlbi Vətən sevgisi ilə döyünən kiçik vətənpərvərlərin ulu öndərə dərin hörmət və məhəbbət hissi aydın sezilirdi. Növbə 1A sinif şagirdlərinə çatanda uşaqlar Əjdər Ağayevin “Heydərçilərik biz” və Qabil Ədalətin “ Ulu bir sərkərdə” şeirlərini söylədilər. Tədbirin sonunda isə ibtidai sinif müəllimi D. Şeyxzadənin “ Heydərçilərik biz” şeirinə bəstələdiyi mahnı təqdim olundu. Mahnı 12 ildir ki, şagirdlər tərəfindən sevilə - sevilə oxunur. Maraqlı tədbirə görə Şükürova Lyuba müəlliməyə təşəkkür edildi.
Комментариев нет:
Отправить комментарий