Səhifələr

вторник, 22 декабря 2020 г.

Meyvə salatını belə hazırlayırıq

 102 nömrəli məktəbin 1A sinif şagirdləri onlayn dərslərdə fəal iştirak etməklə yanaşı verilən tapşırıqlara da yaradıcı yanaşırlar. Bu gün Azərbaycan dili dərsində maraqlı tapşırıqlar var idi. 1A sinif şagirdi Əliimran Əliyev meyvə salatının hazırlanma üsulunu bizimlə bölüşdü. 








Pazl “ Xarıbülbül”

 Pazllar məntiqi oyunlardan biridir. Bu linkdə “ xarıbülbül” pazlını qurmaq təklif olunur. Əsas şərt tez və düzgün qurmaqdır. Uğurlar!

Pazzl “xarıbülbül”


пятница, 11 декабря 2020 г.

Ulu öndər Heydər Əliyevin anım günü keçirildi

 11 dekabr 2020-ci il tarixində 102 nömrəli məktəbin sinifdənxaric  tədbiri keçirildi. Tədbir Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin Anım Gününə həsr olunmuşdu. Virtual məktəbdə keçirilən bu tədbirin təşkilatçısı tərbiyəvi işlər üzrə direktor müavini Şükürova Lyuba müəllimə idi. Tədbirdə müəllimlər və şagirdlər iştirak edirdi. Lyuba müəllimə tədbiri açıq elan etdikdən sözü müəllimlərə verdi. Sonra şagird təqdimatları dinlənildi. Şeir deyən, məruzə edən, rəsm təqdim edən və mahnı ifa edən şagirdlərin çıxışları maraqlı idi. Hər bir çıxışda qəlbi Vətən sevgisi ilə döyünən kiçik vətənpərvərlərin ulu öndərə dərin hörmət və məhəbbət hissi aydın sezilirdi. Növbə 1A sinif şagirdlərinə çatanda uşaqlar Əjdər Ağayevin  “Heydərçilərik biz” və Qabil Ədalətin  “ Ulu bir sərkərdə” şeirlərini söylədilər. Tədbirin sonunda isə ibtidai sinif müəllimi D. Şeyxzadənin “ Heydərçilərik biz” şeirinə bəstələdiyi mahnı təqdim olundu. Mahnı 12 ildir ki, şagirdlər tərəfindən sevilə - sevilə oxunur. Maraqlı tədbirə görə Şükürova Lyuba müəlliməyə təşəkkür edildi.









четверг, 1 октября 2020 г.

1A sinfinin onlayn dərsləri başladı


Birincilərin ilk dərs günü həyəcanı və səbirsizliklə gözlədiyi Bilik günü artıq arxadadır. Pandemiya dövründə təhsil proqramına uyğun olaraq həm əyani, həm də distant dərslər davam edir. İlk dərs həftəsi onlayn dərslər texniki səbəblərdən mümkün olmasa da, ikinci həftədən başlayaraq distant təhsilimiz uğurla həyata keçir. Birincilərlə Azərbaycan dili fənni üzrə Məktəbəhazırlıq məşğələlərindəki mövzular təkrar olunur, digər fənlərdən yeni dərslər keçirilir. Uşaqlar onlayn bağlantılı dərslərə həvəslə qoşulurlar.















 


понедельник, 15 июня 2020 г.

Anime rəsmlər

102 nömrəli tam orta məktəbin 4 “a” sinif şagirdi Xədicə Hüseynin əl işləri haqqında məlumatlar dərc edildiyinə görə onun işləri ilə artıq tanışsınız. Bu dəfə isə Xadicənin anime rəsmlərini görürsünüz. Maraqlısı budur ki, Xədicə bu rəsmləri öz təxəyyülünə əsasən çəkir.
Gözəl rəsmlərə görə təşəkkürlər, Xədicə. Yaradıcılığında yeniliklər gözləyirik.



суббота, 6 июня 2020 г.

Gözəl kəpənəklər

Kəpənəkləri sevirsinizmi? Əlbəttə, belə zərif, gözəl canlılar hamının xoşuna gəlir. Kəpənəklər sanki qanad açmış çiçəklərə bənzəyir. Elə istəyirsən ki, onları tutub qanadlarındakı naxışlara yaxından baxasan. Amma olmaz. Çünki kəpənəklərin qanadlarına toxunduqda onu zədələmək olar. Bunun nəticəsində isə o gözəllik tələf olar. Axı, biz sizinlə bunu istəmirik. Ona görə də gəlin Xədicənin düzəltdiyi kəpənəklərə baxaq və özümüz də belə gözəl kəpənəklər hazırlamağı öyrənək. Bu kəpənəkləri düzəldib öz dostlarınıza da bağışlaya bilərsiniz. Videoya görə isə 102 nömrəli məktəbin 4 “a” sinif şagirdi Xədicə Hüseynə təşəkkür edirəm. Uğurlar, Xədicə!



пятница, 5 июня 2020 г.

Bacarıqlı əllər

102 nömrəli məktəbin 4-cü “a” sinif şagirdi Xədicə Hüseyn öz gözəl əl işləri ilə həmişə diqqəti cəlb edir. Onun çəkdiyi rəsmlər adətən sinfimizin və məktəbimizin qalereyasını bəzəyir. Texnologiya dərslərində də Xədicə digər sinif yoldaşlarından öz fərqli düşüncəsi, nəzər nöqtəsi ilə fərqlənir. Bu dəfə Xədicə yeni fərqli əl işini nümayiş etdi. Bu, kvillinq texnologiyasıdır. Kvillinq - nazik, ensiz rəngli kağız parçalarından spiralvari burma üsulu həcmli və ya yastı naxışların, fiqurların hazırlanması texnologiyasıdır. Xədicə bu texnologiya ilə təbrik açıqcasının hazırlanması yolunu nümayiş etdirir. Xədicədən xahiş etdim ki, belə master-klass videoları ilə tez- tez paylaşsın. Uğurlar, Xədicə!


 
Xədicənin mənim üçün hazırladığı açıqca. Təşəkkürlər!♥️


понедельник, 1 июня 2020 г.

1İyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür!

1İyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür.
1 iyun 1950-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən Uşaqların Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Bu qərar həmin tarixdə keçirilən” Qadınların Beynəlxalq Konfransında” irəli sürülüb. Konfransda uşaq hüquqlarının təmin edilməsi bağlı təkliflər səsləndirilmişdir. Bunun nəticəsidir ki, iyunun biri Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi  tarixə düşmüşdür.
Bununla yanaşı tarixdə 20 Noyabr Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Həmin gün BMT- nin Baş Assambleyası tərəfindən 1956-cı ildən qeyd olunması qərara alınmışdır.
Bu il 100 illiyi qeyd olunan 23 Nisan Cocuqlar Bayramı isə Mustafa Kamal Atatürk tərəfindən bütün uşaqlara hədiyyə edilmişdir.
   Bayramınız mübarək, əziz uşaqlar!






четверг, 28 мая 2020 г.

Azərbaycanım!

102 nömrəli məktəbin 0”a” məktəbəqədər hazırlıq qrupunun uşaqları da karantin dövründə keçirilən tədbirlərdən geri qalmırlar. Bu gün hazırladığım videoçarx 28 May Respublika Gününə həsr olunmuşdur. Klipdə məktəbəqər hazırlıq qrupunun uşaqları Azərbaycana həsr edilmiş şeirlər təqdim edirlər. Afərin, uşaqlar!
Klipi aşağıdakı youtube linkindən izləyə bilərsiniz.

Linki buradan izləyin


пятница, 8 мая 2020 г.

Nəzrinnurun təqdimatı

4a sinif şagirdi Nəzrinnur Qurbanlı Şuşanın işğalının 28-ci ildönümünə öz hazırladığı videoçarxı təqdim etdi.


Xədicənin təqdimatı

4a sinif şagirdi Xədicə Hüseyn Şuşanın işğalının 28-ci ildönümünə çəkdiyi rəsmi və şeiri təqdim etdi

Linki aşağıdadır






Əlinin təqdimatı

4a sinif şagirdi Abbasov Əli Şuşanın işğalının 28-ci ildönümünə həsr edilmiş təqdimat hazırladı