Səhifələr

четверг, 15 сентября 2022 г.

İlk dərsimiz “ Qarabağ Azərbaycandır!”



 Budur, yay tətili bitdi və biz yenidən doğma məktəbə qayıtdıq. Dostlarımızı, müəllimləri görüb sevindik. Amma bu il yeni tədris ilinin başlaması münasibətilə tədbir keçirib şənlənmək olmazdı. Ona görə ki, Vətənimiz uğrunda şəhid olmuş gənc əsgərlərin ruhunu anıb, onların şücaəti, qəhrəmanlığı və fədakarlığı qarşısında baş əyməliyik. Şəhidlərin əziz ruhunu bir dəqiqəlik sükutla yad etdik. Sinifdə müəllimin nümayiş etdirdiyi videofilmin səssiz olduğuna heç kim təəccüblənmədi, sual vermədi. Biz öyrəndik ki, xarıbülbül şəhidlərimizin rəmzidir.Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi “Qarabağ Azərbaycandır!” ifadəsi isə Zəfər rəmzidir. 

Sonra müəllimimiz “ Şəhidlər ölməz, Vətən bölünməz!” mövzusu üzrə müzakirə apardı. Maraqlı və düşündürücü suallara cavab vermək üçün hamı fəallıq göstərirdi. Biz öyrəndiyimiz şeirləri təqdim etdik. Müəllim isə  Abbas Səhhətin “ Vətən” şeirini söylədi. Şeir çox xoşumuza gəldi və onu əzbər öyrənəcəyimizi qərara aldıq. Dərsin sonunda müəllim bizə bu dərsdə dunlədiklərimiz, oxuduqlarımız haqqında esse yazmağl tapşırdı. 








Комментариев нет:

Отправить комментарий