пятница, 30 декабря 2022 г.

Yeni 2023-cü ilimiz xoş gəlir!

 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sinfimizdə şənlik keçirdik. 

Şənliyimiz açıq elan edildikdən sonra biz Azərbaycanı tərənnüm edən şeirlər söylədik. Sonra “ Şən Azərbaycan” mahnısını xorla ifa etdik. 

Tədbirimizin ikinci hissəsi Yeni ilə həsr olunmuşdu. Uşaqlar öz arzularını bildirdilər. Yeni ildə özlərinə, ailələrinə, dostlarına ən ülvi arzular söylədilər. Biz Yeni ilə həsr olunmuş şeirlər söylədik, “Yeni il” mahnısını oxuduq. 

Növbə rəqslərə çatdı. Oğlanlar “Şaxta baba” rəqsini, qızlar isə “ Qar dənəcikləri” rəqsini ifa etdilər. 

Rəqslərdən sonra yeni ilə, qışa, şaxtaya, qara, buza aid tapmacalar söylədik. Bu hamıya maraqlı oldu.

Rəsmlərimizi də təqdim etdik, müsabiqə keçirdik. Müsabiqədə bütün iştirakçılar qalib oldu. Biz birlikdə rəqs etdik. 

Elə bu zaman Şaxta baba sinfimizə gəlib bizi təbrik etdi. Sevincimizin həddi-hüdudu yox idi. O bizə hədiyyələr də gətirmişdi. Hədiyyələrimizi alıb, Şaxta baba ilə şəkil çəkdirdik. 

Şənliyimiz çox maraqlı keçdi.


“Santaların rəqsi”









































четверг, 22 декабря 2022 г.

Rəngli kağızlardan Şaxta babanı hazırladıq

 Yeni ilin ən sevimli personajı əlbəttə ki Şaxta babadır. Bu gün Texnologiya dərsində Şaxta babanı hazırladıq. Əvvəlcə onu necə hazırlayacağımızı bilmək üçün öyrədici videonu izlədik. Sonra lazım olan vəsaitləri götürdük. Bizə lazım oldu: rəngli kağızlar, qayçı, yapışqan və sap. İşə başladıq. Hamı ən yaxşı iş uğrunda çalışırdı. Mükafat Bəhram Bağırzadənin  “ Şuşa” kitabı olacaqdı. 

Dərsdən videofraqment











четверг, 15 декабря 2022 г.

Kağız zolaqlardan çiçək aplikasiyası

 Texnologiya dərsində kağız zolaqlardan çiçək aplikasiyası hazırlamağı öyrəndik. Bu aplikasiyaları qutuya yapışdırmaq və ya yolka ağacından asmaq olar. Biz həvəslə işkədik. Gözəl  rəngbərəng çiçəklər alındı.

Dərsdən videofraqment