Etwinning

Bu səhifəmiz yenidir. Burada Etwinning layihələrimizdəki fəaliyyətimiz dərc olunacaq. İlk qoşulduğumuz layihə "Qayğı göstər, hörmət et" layihəsidir. Bizim 4A sinif şagirdlərimiz bu layihəyə həvəslə qoşuldular və layihənin tapşırıqlarını sevə-sevə yerinə yetirdilər. Nəticədə nə qazandıq? Əlbəttə ki, yeni dəyərlər, vərdişlər, biliklər və həyati bacarıqlar! Maraqlıdır ki, layihənin məzmun və məqsədləri keçdiyimiz dərslərə uyğundur, kurikulumla inteqrasiya olunur. İKT bacarıqlarımız da inkişaf etmiş oldu. 24 Nisan Uşaqlar Günü üçün hazırladığımız cizgi filmi uşaqların çəkdiyi paint rəsmlərdər hazırlanmışdı. Müxtəlif bloggifləri də həvəslə hazırladıq. Sonda layihə üzvlərinin əməkdaşlığı ilə hazırladığımız "Qayğıkeş Həsən" hekayəsi uşaqların və mənim ən sevimli tapşırığı oldu. Onun Azərbaycan və Türk dillərində səslənməsi də uğurla başa çatdı. Bir sözlə, layihədə iştirak möhtəşəm idi. Təşəkkürlər, Etwinning!💮💮💮

Bu da bizim qalereyamız. Buyurun, baxın.

                                                                                                                               Dilşad Şeyxzadə




















Комментариев нет:

Отправить комментарий