пятница, 12 мая 2023 г.

“ Yaz çiçəkləri”



 Bu gün Texnologiya dərsində “ Yaz çiçəkləri” adlı aplikasiya hazırladıq. 

Lazım olan vəsaitlər: rəngli kağızlar, karton, qayçı, yapışqan, xətkeş, sadə karandaş.

İstifadə edilən vaxt: 30 dəqiqə

Video






вторник, 25 апреля 2023 г.

воскресенье, 9 апреля 2023 г.

“ Şən qurbağa” aplikasiyası

 Növbəti Texnologiya dərsində rəngli kağızlardan aplikasiya hazırladıq. Bu aplikasiya “ Şən qurbağa” adlanır. Bildiyimiz kimi, yaz gələndə təbiət oyanır və bütün canlılar sevinir. Bizim hazırladığımız şən qurbağa da bunu təsdiq edir. Buyurub baxa bilərsiniz

“Şən qurbağa”









суббота, 4 февраля 2023 г.

Hərəkətli fil oyuncağını hazırladıq


 Texnologiya dərsində “ Hərəkətli fil” oyuncağını hazırladıq. Bunun üçün rəngli kağızlar, qayçı, yapışqan və şirə içmək üçün çöp lazım oldu. Biz həvəslə bu oyuncağı düzəltdik. 








пятница, 30 декабря 2022 г.

Yeni 2023-cü ilimiz xoş gəlir!

 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sinfimizdə şənlik keçirdik. 

Şənliyimiz açıq elan edildikdən sonra biz Azərbaycanı tərənnüm edən şeirlər söylədik. Sonra “ Şən Azərbaycan” mahnısını xorla ifa etdik. 

Tədbirimizin ikinci hissəsi Yeni ilə həsr olunmuşdu. Uşaqlar öz arzularını bildirdilər. Yeni ildə özlərinə, ailələrinə, dostlarına ən ülvi arzular söylədilər. Biz Yeni ilə həsr olunmuş şeirlər söylədik, “Yeni il” mahnısını oxuduq. 

Növbə rəqslərə çatdı. Oğlanlar “Şaxta baba” rəqsini, qızlar isə “ Qar dənəcikləri” rəqsini ifa etdilər. 

Rəqslərdən sonra yeni ilə, qışa, şaxtaya, qara, buza aid tapmacalar söylədik. Bu hamıya maraqlı oldu.

Rəsmlərimizi də təqdim etdik, müsabiqə keçirdik. Müsabiqədə bütün iştirakçılar qalib oldu. Biz birlikdə rəqs etdik. 

Elə bu zaman Şaxta baba sinfimizə gəlib bizi təbrik etdi. Sevincimizin həddi-hüdudu yox idi. O bizə hədiyyələr də gətirmişdi. Hədiyyələrimizi alıb, Şaxta baba ilə şəkil çəkdirdik. 

Şənliyimiz çox maraqlı keçdi.


“Santaların rəqsi”